PSİXOLOGİYA İXTİSASININ TƏLƏBƏLƏRİ TƏDRİS TƏCRÜBƏSİNDƏ OLUBLAR
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Psixologiya ixtisası üzrə qiyabi təhsil alan IV kurs tələbələri 27 mart 2024-cü il tarixində Müasir Psixologiya Mərkəzində tədris təcrübəsində olublar. Tədris təcrübəsi psixologiya kafedrasının böyük laborantı Xatirə Musayevanın rəhbərliyi ilə həyata keçirilib. Müasir Psixologiya Mərkəzinin psixoloqu Nəsibə Tağıyeva qiyabi tələbələrə “Pasiyentlərlə ünsiyyətdə empatiya” movzusunda təlim keçib, onlara pasiyentərlə müvafiq iş üsulu, diaqnozun qoyulması və psixoloji söhbətin həyata keçirilməsi yolları haqqında məlumat verib.
N.Tağıyeva pasiyentlə ünsiyyət prosesinin nəzəri aspektləri ilə yanaşı, bu işin ptraktik tərəfləri ilə bağlı məlumatı da tələbələrin diqqətinə çatdırıb. N.Tağıyeva müxtəlif problemi olan insanlara fərqli yanaşma üsulunun tətbiq edilməsi zərurətini vurğulayıb və konkret nümunələr əsasında bunun yollarını da göstərib. O, qeyd edib ki, psixoloq pasiyentlə ünsiyyət zamanı diqqətli olmalı, ona verəcəyi sualları ciddi götür-qoy etməli və bu sualların pasiyentin duygu-davranış-düşüncə sxemi üzrə necə təsir yarada biləcəyini nəzərə almalıdır.
Sonda Müasir Psixologiya Mərkəzin rəhbəri Aida Sübhan mərkəzdə tədris təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edib.