Psixologiya ixtisasının tələbələri üçün təlim keçirilib
"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyi BREN proqramı çərçivəsində "Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində təhsil alan tələbələr üçün “Məişət zorakılığı törədən şəxslərlə psixoloji işin təşkili” mövzusunda 2 günlük təlim keçib.
Zorakılığın mahiyyəti, zorakılıq törədən şəxslərin xüsusiyyətləri, tipləri, zorakılıq mühiti, mədəni və sosial faktorlar, o cümlədən məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramın (Dulut Modeli əsasında) təqdimatı təlim iştirakçıları ilə müzakirə edilmişdir. Təlimləri Azərbaycanda bu sahədə beynəlxlaq təlim almış milli təlimçi mütəxəsislər aparıb.
Təlimdə zorakılıq törətmiş şəxslərlə simulyativ oyun rolları da istifadə edilib.
Təlimin qarşıya qoyduğu məqsəd, məişət zorakılığını törətmiş şəxslərlə işləyəcək kadrların hazırlanmasıdır. Sosial elmlər və psixologiya fakültəsinin təlimdə iştirak edən 30 nəfər tələbəsinə sonda sertifikatlar təqdim olunub.