Psixologiya kafedrasında elmi-praktik konfrans olub
21.06.2023-cü ildə Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərdə depressiyanın yaranması səbəbləri və aradan qaldırılması yolları” adlı elmi-praktik seminar keçirilib. Elmi-praktik seminarda Sosial elmlər və psixologiya fakultəsinin Psixologiya kafedrasının müdiri, dosent Səxavət Əliyeva giriş sözü ilə çıxış edərək elmi-praktik seminarın Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində olduğunu və Ulu Öndər Heydər Əliyevin elm və təhsilə xüsusi önəm verdiyini qeyd edib. Sonra məruzəçi BDU-nun Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova “Gənclərdə depressiyanın yaranması səbəbləri və aradan qaldırılması yolları” mövzusunda elmi-praktik seminarın təqdimatına başlayıb. Məruzəçi depressiyanın klinik-psixoloji mahiyyəti, gənclərdə depressiynın yaranması və risk faktorları, gənclərdə depressiyanın aradan qaldırlması yolları, depressiyanın praktik təyini ( Hamilton və A.Bek testi) haqqında geniş məlumat verib. Təqdimat zamanı məruzəçi və iştirakçılar arasında maraqlı diskussiyalar keçirilib.
Elmi-praktik seminarda Universitetin rəhbər heyəti,-Elm və İnnovasiyalar Mərkəzi, Doktorantura şöbəsi, Psixoloji Yardım Şöbəsi və Universitetin professor, müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib.
Elmi -praktik seminarın sonunda Azərbaycan Psixiatiriya Assosiasiyasının prezidentinin professoru Nadir İsmayılov, BDU-nun Psixologiya kafedrasının professoru Elnarə Şəfiyeva, BDU-nun fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzi Doktorantura şöbəsinin müdiri, dosent Mirnamik Bəşirov, BDU-nun fəlsəfə tarixi və mədəniyyənşünaslıq kafedrasının müəllimi Sevinc Misirxanova çıxış edərək elmi-praktik seminarın əhəmiyyətini qeyd ediblər. Həmin mövzu haqqında öz fikirlərini şərh edib belə seminarların davamlı keçirilməsini arzu ediblər. Tədbirin sonunda iştirakçılar sertrifikatla təltif olundu və xatirə şəkli çəkilib.