Psixologiya kafedrasında elmi seminarlar keçirilib
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin gənc tədqiqatçılarının iştirakı ilə may və aprel aylarında Onlayn formatda elmi seminarlar keçirilib. Elmi seminarlarda “Psixologiya” kafedrasının professor-müəllim heyəti, doktorant və magistrantlar iştirak edib. Kafedra əməkdaşlarının iştirakı ilə elmin qarşısında duran bir sıra problemlər müzakirə edilib. Daha sonra kafedranın gənc tədqiqatçılarının “Fərdi psixoloji xüsusiyyətlərin yuxarı sinif şagirdlərinin professional sənət seçiminə təsiri”, “Gənclərin ictimai və sosial fəallığının mənlik şüurunun inkişafına təsiri”, “Uşaqların psixoloji müdafiəsinin formalaşmasında ailədaxili amillərin öyrənilməsi”, “Проблема психопрофилактики девиантного поведения среди подростков”, “Gender probleminə olan mövcud nəzəri yanaşmalar”, “РАС у ребёнка влияет отрицательно на эмоциональное и психическое состояние родителя и приводит к эмоциональному и психическому выгоранию у родителя”, “Yeniyetmələr arasıda bullinq və onun bir növü kimi kiberbullinqin aktuallığı”, “Yeniyetmələrdə aqressiv davranışın psixokorreksiyası yolları”, “Emosional intellektin təlim fəaliyyətinin səmərələliyində rolu”, “Məhkumlarin autoaqressiv davranişinin psixoloji xüsusiyyətləri”, “Понятие правосознания: специфика и сущность”, “Natamam ailələrdə yeniyetmə şəxsiyyətinin formalaşması məsələsi”, “Kiçik məktəblilərdə idrak proseslərinin inkişafı və təlim prosesi”, “Şagirdlərin özünüqiymətləndirməsində yaş və gender məsələləri”, “Azərbaycan ailələrində yeniyetmə və valideyn münasibətlərinin psixoloji təhlili”, “Yeniyetməlik yaş dövrünün psixoji səciyyəsi”, “Şəxsiyyət pozuntularının yaranma səbəbləri və növləri”, “ Erkən gənclərdə peşə motivasiyası”, “Posttravmatik stress, onun mahiyyəti və yaranma səbəbləri”, “Autizm bir fərqlilikdir”, “Depressiyanın mahiyyəti və xüsusiyyətləri”, “Metanfetaminin təsirləri və onun qəbulu zamanı yaranan psixozlar”, “Эпидемиология и факторы риска суицидального повеления пациентов с онкологией”, “Oyun asılılığı zamanı yeniyetmələrdə yaranan psixoloji xüsusiyyətlər”, “Vaginizmin psixoloji aspektlərinin təhlili”, “Androloji problemlərin yaranmasında psixoloji aspektlərin rolu”, “Yeniyetmələrin internet asılılığının psixoloji xüsusiyyətləri” kimi məruzələri dinlənilib. Seminar iştirakçıları tərəfindən seçilən mövzular müasir psixologiya elminin ən aktual məsələlərini əhatə edib. Magistrant və doktorantlar apardıqları elmi-tədqiqat işlərinin mövcud vəziyyəti barədə məlumat veriblər. Bir sıra mövzular xüsusilə polemika doğurmuş və kafedranın professor-müəllim heyəti verilən bu kimi mövzuların daha geniş aspektə tədqiqinə ehtiyac olduğunu bildiriblər. İki ay ərzində davam edən elmi seminarlar öz işini uğurla başa vurub.