PSİXOLOGİYA KAFEDRASININ DOKTORANTININ MƏQALƏSİ NÜFUZLU JURNALDA DƏRC EDİLİB
Psixologiya kafedrasının doktorantı və saathesabı müəllimi Kəmalə Ağayevanın “Translation and validation of Barkley Deficits in Executive Functioning Scale - Children and Adolescents (BDEFS-CA) in Azerbaijani” adlı məqaləsi SCOPUS və Springer beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan nüfuzlu elmi jurnalda dərc edilib. “Middle East Current Psychiatry” jurnalı Ain Shams Universitetinin Okasha Psixiatriya Institutunun jurnalıdır.
Kəmalə Ağayeva elmi tədqiqt işinin bir hissəsi olaraq, uşaqlarda icraedici funksiyaların defisitini dəyərləndirmək üçün Dr Russel Barkley-nin hazırladığı şkalanı Azərbaycan dilinə tərcümə etmişdir. Daha sonra bu şkalanın tərcüməsinin validliyini və etibarlılığını yoxlamaq və Azərbaycanda istifadəsi üçün adaptasiya etmək məqsədilə 148 nəfər arasında sorğu aparmışdır. Həmin tədqiqatın nəticələri 18 oktyabr 2024-cü il tarixində “Middle East Current Psychiatry” jurnalında dərc edilmişdir.
Məqalənin linki: https://rdcu.be/dXkuX