Psixologiya kafedrasının professoru uğura imza atıb
Psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru Elnarə Şəfiyeva ([email protected]) və klinik psixologiya ixtisaslaşması üzrə magistrant Kəmalə Ağayeva ([email protected]) uşaq və yeniyetmələrdə həyəcan pozuntusunu ümumi dəyərləndirmək üçün SCAS (Spence Uşaqlarda Həyəcan Şkalası) – uşaq və yeniyetmələrdə həyəcan pozuntusunun səbəbləri, müalicə və profilaktikası sahəsində beynəlxalq lider kimi tanınan, Avstraliyanın Kvinslend şəhərindəki Qriffit Universitetinin və Kvinslend Universitetinin fəxri professoru Dr Susan H. Spencein rəsmi icazəsilə SCAS testini Azərbaycan dilinə tərcümə etmişlər və tədqiqat zamanı riyazi-statistik üsulla etibarlılığını göstərmişlər. Dr. Susan H. Spence şkalanın və istifadə qaydasının Azərbaycan dilinə tərcüməsini qəbul edərək rəsmi saytda yerləşdirmişdir. https://www.scaswebsite.com/azerbaijani/
SCAS (Spence Uşaqlarda Həyəcan Şkalası) – uşaq və yeniyetmələrdə həyəcan pozuntusunun səbəbləri, müalicə və profilaktikası sahəsində beynəlxalq lider kimi tanınan, Avstraliyanın Kvinslend şəhərindəki Qriffit Universitetinin və Kvinslend Universitetinin fəxri professoru Dr Susan H. Spence tərəfindən hazırlanmışdır. 1994-cü ildə yaradılan bu metodika bütün dünyada geniş istifadə edilir. Bu şkaladan klinik məqsədlərlə həm digər metodlarla birlikdə diaqnozun qoyulması üçün, həm də terapiyanın dəyərləbdirilməsi məqsədilə, skrininq və profilaktika, həmçinin tədqiqat məqsədilə istifadə edilir. Bu şkala haqqında məlumat Susan H. Spence tərəfindən müvafiq saytda yerləşdirilmişdir: https://www.scaswebsite.com
Şkalada olan suallar geniş spektrli həyəcan simptomlarını əks elətdirən 80 sual içərisindən seçilmişdir. Sualların seçilməsi mövcud ədəbiyyatın icmalı, həyəcan pozuntusu sahəsində ixtisaslaşan 4 klinik psixoloqun klinik təcrübəsi, həyəcanın qiymətləndirilməsi üçün mövcud üsullar, strukturlaşdırılmış klinik intervyular və DSM diaqnostik kriteriyaları əsasında aparılmışdır. Yekun suallar geniş pilot sınaqlarından sonra seçilmişdir. 44 sualdan ibarət olan SCAS ümumi həyəcan, panik/aqorafobiya, sosial həyəcan, ayrılma həyəcanı, obsessiv kompulsiz pozuntu və fiziki zədə almadan qorxma da daxil olmaqla həyəcan pozuntusunun altı sahəsini yoxlayır. Metodika elə hazırlanmışdır ki, uşaqlar üçün doldurmaq nisbətən asan və qısa müddətli olsun, adətən suallara cavab verməyə təxminən 10 dəqiqə vaxt lazım olur. Uşaqlar hər bir simptomu hansı dərəcədə hiss etdiklərini 4 ballıq tezlik şkalası ilə qiymətləndirməlidirlər.
Uşaq və yeniyetmələrdə həyəcan pozuntusunu ümumi dəyərləndirmək üçün tədqiqatda istifadəsinin əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq şkala Azərbaycan dilinə tərcümə edilmişdir. Şkalanın rəsmi saytında göstərildiyi kimi tərcümə və istifadə etməzdən qabaq müəllifdən icazə alınmışdır. Tədqiqatın bir hissəsi kimi əvvəl pilot sorğu aparılaraq nəticələr emal edilmiş və etibarlılığı yoxlanmışdır. Daha sonra isə 500-ə qədər insan üzərində bu metodikanın köməyi ilə sorğu aparılmışdır. Uşaq və yeniyetmələrdə bullinq və həyəcan pozuntusu arasında assosiasiyanın öyrənilməsində bu metod vasitəsilə dəyərli nəticələr əldə edilmişdir. Bu şkala Azərbaycan üçün uyğun hesab edilmişdir. Tərcümənin dəqiqliyi yenidən yoxlanılaraq şkalanın müəllifinə göndərilmişdir. Dr Susan H. Spence şkalanın və istifadə qaydasının Azərbaycan dilinə tərcüməsini qəbul edərək rəsmi saytda yerləşdirmişdir.
Şkalanın Azərbaycan dilində tərcüməsini aşağıdakı linkdən əldə etmək olar: https://www.scaswebsite.com/azerbaijani/