QARABAĞDAKI EKOLOJİ PROBLEMLƏR MÜZAKİRƏ EDİLİB
19.10.2023-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ iqtisadi zonasında baş verən ekoloji problemlər və onların həlli” adlı tədbir keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov tədbiri giriş sözü ilə açıq elan edərək 30 il ərzində ermənilər tərəfindən Qarabağda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, onun yaratdığı ekoloji problemlər və bu problemlərin həlli yolları haqqında məlumat verib.
Daha sonra 2022-ci ildə Laçın-Xankəndi yolunda Azərbaycan könüllüləri və QHT nümayəndələrinin keçirdiyi Ekoloji Aksiyada iştirak edən fakültə fəalları çıxış ediblər. Sosial elmlər və psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Sima Məlikova, sədr müavini Rufiz Quliyev və Elkin Kərimov 138 gün davam edən aksiya zamanı soyuq iqlim şəraitinə baxmayaraq əzmlə öz tələblərini irəli sürdükləri haqqında tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbirdə aksiyadan qısa video-çarxlar nümayiş etdirilib. SEP Tələbə Elmi Cəmiyyətinin sədri Sima məlikova, sədr müavinləri Fidan Ağazadə, Rufiz Quliyev və gənc mülki müdafiəçi Elkin Kərimov çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.