QHT-LƏRİN QAYIDIŞ PROSESİNDƏ ROLU ADLI KONFRANS KEÇİRİLİB
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “30 il sonra Qayıdış”- QHT-lərin qayıdış prosesində rolu adlı konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(ombudsman) Aparatının rəhbəri, BMT QAK-ın Azərbaycan üzrə nümayəndəsi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə nümayəndəsi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Müvəqqəti işlər üzrə Vəkili, Soyqırım və Kütləvi Qırğınların Qarşısın Alınması Üzrə Beynəlxalq Fondunun İdarə Heyətinin sədri, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi açılış nitqləri ilə çıxış ediblər. Konfransda iştirak edən BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxış edərək bir sıra təklif və tövsiyyələr irəli sürüb. Konfrans növbəti gün, oktyabrın 29-da iştirakçılarının Şuşaya səfəri ilə davam edib.