"Sağlam bədən, sağlam ruh" adlı seminar keçirilib
BDU Könüllüləri” təşkilatının Sosial elmlər və Psixologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "PsychoSupport" Klubu könüllülərinin təşəbbüsü ilə "Sağlam bədən, sağlam ruh" adlı seminar keçirib.
“PsychoSupport” Klubunun sədri Nuranə Fətullayevanın təşkilatçılığı ilə keçirilən seminarda sağlamlıq anlayışı, onun növləri haqqında məlumat verilib, sağlamlığın qorunub saxlanılması mövzusu ətrafında müzakirələr aparılıb. Seminarda Mexanika-Riyaziyyat, Coğrafiya, Sosial elmlər və psixologiya fakültəsinin tələbələri iştirak edib. Daha sonra "Gündəlik həyatda kiçik xoşbəxtliklər" adlı diskussiya keçirilib. Görüş tələbələrin böyük marağına səbəb olub.