ŞƏHİD MƏZUNUMUZUN MƏZARI ZİYARƏT OLUNUB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosial və pedaqoji psixologiya kafedrasının bir qrup əməkdaşı - Elnarə Piriyeva, Diyanə İbrahimova, Mehriban Eyyubova, Gülnar Quliyeva fakültənin şəhid məzunu Cavid Manafovun doğum günündə onun məzarını ziyarət ediblər. Kafedra əməkdaşları ziyarət zamanı şəhidin ailə üzvləri ilə görüşüblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimiz kimi Cavid Manafovun da əziz xatirəsinin universitet rəhbərliyi tərəfindən daim xüsusi hörmət və qürur hissi ilə yad edildiyini bildiriblər. Kafedra əməkdaşları bildiriblər ki, Cavid Manafovun qısa, amma mənalı ömür yolu hər zaman qəlblərdə yaşayacaq və gələcək nəsillərə örnək olacaq.