ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ !
Bakı Dövlət universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunu şəhid Ataməli Musaoğlunun 16 oktyabr 2021-ci ildə anım mərasimi keçirilib. Anım mərasimində şəhidin valideyinləri, Qaradağ rayon ictimaiyyətinin nümayəndələri, məzun olduğu Sosial elmlər və psixologiya fakültəsinin dekanı, tələbələr iştirak edib. Tədbirdə professor Hikmət Əlizadə çıxış edərək, Ataməlinin tələbəlik illərindən , 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaət və cəsurluğundan söz açıb. Şəhidin valideyinlərinə səbr diləyib və daim Bakı Dövlət Universiteti olaraq onların yanında olduğunu bildirib. Tədbirdən sonra Şəhid Ataməli Musaoğlunun Şəhidlər xiyabanında olan məzarı ziyarət edilib və Bakı Dövlət Universiteti adından əklil qoyulub.