“SELF SABOTAJ” ADLI SEMİNAR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Gender və tətbiqi psixologiya kafedrasının saathesabı müəllimi, klinik psixoloq Fidan Cəbrayılova psixologiya və Təhsildə sosial psixoloji xidmət ixtisaslarında təhsil alan tələbələrə "Self-Sabotage: Özün özünü necə əngəlləyirsən?" adlı seminar keçirib. Klinik psixoloq özünüəngəlləmə anlayışının məzmunu haqqında məlumat verib, gündəlik həyatda onun özünü necə büruzə verdiyinə dair nümunələr göstərib. Seminarın keçirilməsində məqsəd fərdlərin “özünüəngəlləmə” problem ilə bağlı məlumatlılıq səviyyələrini artırmaq və özünüəngəlləmədən qaynaqlanan davranışlarını öncədən dəyişdirə bilmək bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarət olub.
Psixoloq özünüsabotajın altında yatan şüuraltı mexanizmlər, onun psixoloji mənşəyi və gündəlik həyata təsirləri ətrafında müzakirələr aparıb. Seminar iştirakçıları əvvəlcə özünüəngəlləmə davranışlarını müəyyən etmək üçün təlimatlandırılıb, sonra yazılı məşqlər və tapşırıqlar yolu ilə maarifləndiriliblər.
Klinink psixoloq F.Cəbrayılova seminar müddətində mövzu ilə bağlı tələbələrdə yaranan suallara aydınlıq gətirib. Tədbir tələbələr tərəfindən həm məzmun, həm də tətbiq baxımından müsbət qiymətləndirilib.