Sosaial iş ixtisasının tələblərinin onlayn rejimdə fərdi iş təqdimatları olub
Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” kafedrasının dosenti, f.ü.f.d. Məmmədova Rəna Oktaedr qızı “Sosial iş” ixtisasının Azərbaycan və Rus bölmələrinin 2-ci və 3-cü kurs tələbələri ilə birgə maraqlı və aktual mövzulara həsr olunmuş sərbəst işlər hazırlayıblar. 1551 qrupunun tələbələri Məmmədova Fidan, Cəbiyeva Maya, Kərimova Əntiqə, Baxşıyeva Füruzə, Kazımlı Səbinə, Əliyeva Anjelika, Şərbətzadə Sevda, Kazımlı Abdulla və başqaları “Социальная работа с людьми с инвалидностью” fənni üzrə «Синдром Вильямса. Заболевание Амок», «Буллинг в процессе инклюзивного образования по отношению к детям с ограниченными возможностями здоровья» və s. mövzulara həsr olunmuş prezentasiyalar təqdim ediblər. 1681 A qrupunun tələbələri Vəliyeva Gülnar, Orucov Sehran, Məmmədli İbrahim, Seyidov Seyidrza, İsmayılov İsa, Hacıyeva Fərəh, Salayeva Səbinə, Vəlizadə Jalə və başqaları “Əlilliyi olan şəxslərlə sosial iş” fənnindən İşemik insult, YAŞAT fondunun fəaliyyəti, Leykomiya, Ensefalopatiya və s. mövzuları əhatə edən təqdimatlar nümayiş etdiriblər. 1543 qrupunun tələbələri Qurbanova Aydan, Mehdiyev Rəşid, Babayeva Almaz, Zeynallı Elnarə və başqaları “Социальная работа с беженцами и вынужденными переселенцами” fənnindən Gəncə terroru, Suriya qaçqınlarının vəziyyəti, Xocalı faciəsi, Srebrenitsa qətliamı və s. mövzuları öz prezentasiyalarında təqdim ediblər. 1671 A qrupunun tələbələri Süleymanova Ləman, Quluyev Lətif, Qurbanova Fəridə, Rəhimov Elmar və başqaları “Qaçqın və məcburi köçkünlərlə sosial iş” fənnindən Ümumdünya qaçqın günü və onun yaranma tarixi, Krım tatarlarının sürgünü, 31 mart soyqırımı və s. mövzuları təhlil ediblər. Tələbələr dosent Rəna Məmmədovanın rəhbərliyi ilə sərbəst işlərini çox böyük həvəslə hazırlayıb nümayiş etdiriblər.