SOSIAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKÜLTƏSİNDƏ “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ADLI TƏDBİR KEÇİRİLİB
22 oktyabr 2024-cü il tarixində YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi ilə birgə 18 Oktyabr-Müstəqilliyin bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
Tədbirdə “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, professor Zahid Cəfərov, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, ərazi üzrə Partiyanın üzvləri, Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti və fakültənin 1-ci kurs tələbələri iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
“Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, professor Zahid Cəfərov tədbir iştirakçıalrını salamlayaraq müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyevin uzaqgörən siyasətindən danışıb, Ulu Öndərin ictimai-siyasi fəaliyyəti haqqında I kurs tələbələrinə ətraflı məlumat verib. Z.Cəfərov 30 ilə yaxın müddət ərzində mənfur qonşularımız tərəfindən torpaqlarımızın 20 faizinin işğal altında saxlanıldığını, lakin beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin buna laqeyd münasibət bəslədiyini diqqət çatdırıb: “Nəhayət, cana doymuş xalq bir yumruq kimi birləşərək xilaskarlıq missiyasını öz üzərinə götürmüş prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdi və düşmənə sarsıdıcı zərbə vuraraq öz ərazi bütövlüyünü təmin etdi. Mən əminəm ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tarixi dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışımızı da yaxın gələcəkdə təntənəli şəkildə qeyd edəcəyik”.
Çıxış edən Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan müəllim və tələbələrə uğurlar arzulayıb. Fakültə dekanı deyib: “Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq məsuliyyətli işdir. Arzu edirəm ki, partiya biletindən silah kimi istifadə etməyəsiniz. Partiyaya üzv olmaqla nümunəvi davranış göstərəsiniz, bu işin ciddiliyini dərk edəsiniz”.
Daha sonra Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin “gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyasına tələbəlik illərindən üzv olduğunu bildirib, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan müəllim və tələbələri təbrik edib. Partiya sıralarına yeni qoşulan tələbə və müəllimlərə Vətənimizin rifahı naminə həyata keçirilən işlərdə qüvvələrini birləşdirməyi tövsiyə edib.
Çıxış edən Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova ulu öndər Heydər Əliyevin Azərbaycan elminə, incəsənətinə göstərdiyi misilsiz qayğıdan söz açıb. R.İbrahimbəyova Heydər Əliyevin respublikamızda bir çox sahələrdə olduğu kimi, gender problemlərinin tədqiqi məsələlərinə də həmişə xüsusi həssaslıqla yanaşdığını, bu sahəyə diqqət və qayğısını əsirgəmədiyini qeyd edib. O, bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu partiyaya üzv olmaqdan son dərəcə məmnundur.
“Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, professor Zahid Cəfərov tərəfindən Yeni Azərbaycan Partiyası sırlarına yeni qoşulan müəllim və tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələrini təqdim edilib.