Sosial iş kafedrasında seminar keçirilib
25 Fevral 2022 15:27

Sosial iş kafedrasında “Şəhid ailələri və qazilərlə sosial işin xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda dosent Rəna Məmmədova məruzə ilə çıxış edib. Məruzədə aşağıda sadalanan məsələlər haqqında zəngin məlumat təqdim olunub:
- Sosial işin metodlari və texnologiyalari. Əsas anlayışlar
- Şəhid ailələrinin durumu
- Müasir Azərbaycan cəmiyyətində qazilərin vəziyyəti və üzləşdiyi problemlər
- Sosial iş prizmasindan şəhid ailələrinə və qazilərə dəstəyin məzmunu
Məruzəçi Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər, Dövlət Sosial Müdafiə Fondunda şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrupun yaradılması, Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının fəaliyyəti və s. haqqında ətraflı məlumat ilə çıxış edib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Son XƏBƏRLƏR
17.03.2026 | 13:41
QİYMƏTLƏNDİRMƏ VƏ PSİXOLOJİ RİFAH: UĞUR ARZUSU, YOXSA UĞURSUZLUQ QORXUSU?
13.03.2026 | 10:22
Professor Dilarə Seyidzadə BDU tələbələrinə ustad dərsi keçib
11.03.2026 | 09:52
AĞIR PSİXİ POZUNTULARI OLAN PASİYENTLƏRİN PSİXOSOSİAL REABİLİTASİYASI PROBLEMİ TƏDQİQ OLUNUR
11.03.2026 | 09:50
ŞƏXSİYYƏT POZUNTULARI HAQQINDA USTAD DƏRSİ KEÇİRİLİB
10.03.2026 | 15:03