SOSİAL İŞ KAFEDRASININ MÜƏLLİMİNƏ TƏŞƏKKÜRNAMƏ VERİLİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub. Düşərgədə respublikanın müxtəlif bölgələrindən olan ali, orta ixtisas və peşə təhsili müəssisələrində çalışan 800-ə yaxın təhsil işçisi iştirak edib.
Tətil günlərində davam edən düşərgə proqramı çərçivəsində təhsil işçiləri üçün zəngin və çoxşaxəli maraqlı fəaliyyət planı hazırlanıb. Proqram həm milli-mədəni dəyərlərin təbliğini, həm də təhsil işçilərinin peşəkar inkişafını təşviq etməyə yönəlib.
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin bir qrup əməkdaşı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi Novruz düşərgəsində iştirak edib. Fakültənin Sosial İş kafedrasının müəllimi Vəsilə Mövsümovaya Novruz düşərgəsində aktiv fəaliyyətinə görə Təşəkkürnamə verilib.