“SOSİAL İŞƏ GİRİŞ” ADLI DƏRSLİK NƏŞR EDİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının dosenti Rəna Məmmədovanın "Введение в социальную работу " (Sosial işə giriş) adlı dərsliyi nəşr olunub. Dərslik "Sosial iş" ixtisasında təhsil alan tələbə və magistrantlar üçün nəzərdə tutulub. R.Məmmədovanın nəşr etdirdiyi bu kitab sosial iş sahəsində rus dilində işıq üzü görən ilk dərslikdir. Dərslik sosial işin fundamental bölmələrini ("Sosial işə giriş", "Sosial iş elmi istiqamət və tədris fənni kimi", "Sosial iş sistem kimi", "Sosial işin metodları və texnologiyaları", "Risk qrupları ilə sosial işin xüsusiyyətləri" və s.) əhatə edir. İnanırıq ki, dərslik sosial iş sahəsinə maraq göstərən mütəxəssislər üçün də dəyərli mənbə rolunu oynayacaq.