"Sosial pedaqogika" adlı dərs vəsaiti çap olunub
Pedaqogika kafedrasının ped.e.d., dosenti Elza Mollayevanın “Sosial pedaqogika” adlı dərs vəsaiti çap olunub.
Dərslikdə sosial pedaqogikanın məzmunu, sosial və tarixi kontekstdə yaranma səbəbləri, obyekti, predmeti, tədqiqat metodları və onun digər elmlərlə əlaqəsi geniş şərh erdilib. Dərslik təhsil standartlarına uyğun, müasir sosal-pedaqoji tədqiqatlara əsasən yazılıb və burada sosial tərbiyə sosiallaşma, qloballaşma müstəvisində verilib. Sosial pedaqogikanın inkişaf tarixində Qərb və Şərq paralelləri, qərbin təhsil məkanında sosial işin aktuallığına münasibət burada öz geniş əksini tapıb. Dərslikdə uşaq və yeniyetmələrin sosiallaşmasına təsir edən müxtəlif amillər, sosial iş ilə sosial pedaqogikanın fərqli və oxşar cəhətləri, sosial pedaqoqun işinin spesifik xüsusiyyətləri, onun ixtisas dairəsi və hüquqları, iş metodları, sosial işdə korreksiyanın əhəmiyyəti şərh edilib. Dərslikdə, eyni zamanda, əlverişsiz sosial şərait, onun yaranma səbəbləri, bu şəraitin qurbanlarının təsnifatını əhatə edən viktimologiya geniş şəkildə verilib. Burada şagirdlərin sosiallaşmasında təlim prosesinin və şagird kollektivinin, ailənin əhəmiyyətli rolu, sosial yetimliyi doğuran səbəblər, uşaqların müdafiəsinin hüquqi-normativ əsasları öz əksini tapıb.
Dərslik ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, magistrantlar, sosial pedaqoqlar, sosial işilər üçün nəzərdə tutulub.
Kitabın elektron variantın buradan yükləyə bilərsiniz.