Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilib
16.03.2021 tarixində Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “İnsan- Yaradıcı Varlıq” adlı seminar keçirilib. Tədbiri fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Rəşidova iştirakçıları salamlayaraq və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək açıq elan edib. Zeynəb Rəşidova ilk olaraq yaradıcılıq termininin elmə daxil olması və yaradıcılığa dair ümumi baxışın formalaşması ilə bağlı məlumat verib. Daha sonra mövzunu davam etdirməsi üçün söz İdarə heyətinin üzvü İdarəetmənin Sosiologiyası ixtisaslaşması üzrə təhsil alan I kurs magistrantı Muxtar Nəbiliyə verilib. O, İQ ilə yaradıcılığı fərqləndirib və yaradıcılığın ölçülməsi üçün metodları təqdim edib. Ardınca isə çıxışı ümumiləşdirmək və son hissəsini tamamlamaq üçün söz yenidən Zeynəb Rəşidovaya verilib. O, iştirakçıların yaradıcılığını təqribi olaraq müəyyənləşdirmək üçün kiçik test nümayiş etdirib və çıxışını hər kəsin əslində yaradıcı potensiala malik olduğu, sadəcə məğlubiyyəti qəbul edərək əzmlə çalışanların nailiyyətlər qazandığı fikrini ifadə edərək yekunlaşdırıb. Tədbir iştirakçıların xoş təəssüratlarının paylaşılması ilə yekunlaşıb.16.03.2021 tarixində Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “İnsan- Yaradıcı Varlıq” adlı seminar keçirilib. Tədbiri fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Rəşidova iştirakçıları salamlayaraq və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək açıq elan edib. Zeynəb Rəşidova ilk olaraq yaradıcılıq termininin elmə daxil olması və yaradıcılığa dair ümumi baxışın formalaşması ilə bağlı məlumat verib. Daha sonra mövzunu davam etdirməsi üçün söz İdarə heyətinin üzvü İdarəetmənin Sosiologiyası ixtisaslaşması üzrə təhsil alan I kurs magistrantı Muxtar Nəbiliyə verilib. O, İQ ilə yaradıcılığı fərqləndirib və yaradıcılığın ölçülməsi üçün metodları təqdim edib. Ardınca isə çıxışı ümumiləşdirmək və son hissəsini tamamlamaq üçün söz yenidən Zeynəb Rəşidovaya verilib. O, iştirakçıların yaradıcılığını təqribi olaraq müəyyənləşdirmək üçün kiçik test nümayiş etdirib və çıxışını hər kəsin əslində yaradıcı potensiala malik olduğu, sadəcə məğlubiyyəti qəbul edərək əzmlə çalışanların nailiyyətlər qazandığı fikrini ifadə edərək yekunlaşdırıb. Tədbir iştirakçıların xoş təəssüratlarının paylaşılması ilə yekunlaşıb.