TƏLƏBƏ VƏ MAGİSTRANTLAR II FƏXRİ XİYABANI ZİYARƏT EDİB
28 Sentyabr 2023 16:35

Sosial elmlər və psixologiya fakültəsinin bir qrup tələbə və magistrantları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin dəfn olunduğu II Fəxri Xiyabanı ziyarət ediblər. Tələbə gənclər 44 günlük Vətən Müharibəsi və lokal antiterror əməliyyatı zamanı canı, qanı bahasına suverenliyimizi təmin edən, öz qəhrəmanlıqları ilə tarix yazan vətənpərvər oğullarımızın məzarları önünə tər güllər düzüblər. Tələbə gənclər Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran fədakar şəhidlərimizin xatirəsini daim uca tutacaqlarına söz veriblər.
Son XƏBƏRLƏR
24.04.2026 | 09:56
“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
24.04.2026 | 09:54
“Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi”
17.04.2026 | 09:58
“İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti” adlı tədbir keçirilib
16.04.2026 | 12:20