TƏLƏBƏLƏR TƏDRİS TƏCRÜBƏSİNDƏ İŞTİRAK EDİRLƏR
Hər il olduğu kimi 2023-2024-cü tədris ilində də Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “ Sosial iş” ixtisasında təhsil alan IV kurs tələbələri üçün müxtəlif sosial xidmət sektorlarında tədris təcrübəsi təşkil edilib. Tələbələr fevral ayının 16-dan etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində yerləşən müəssisələrdə, Mediasiya Şurası və Təhsil Nazirliyinin müvafiq müəssisələrində tədris təcrübəsində iştirak edirlər. Tələbələr təcrübədə fəal iştirak edirlər. Onlar təcrübə zamanı sosial xidmət sektorunda iş sistemini öyrənir və bu sistemdə bilavasitə iş prosesinin iştirakçısı olmaqla lazımi bacarıq və vərdişlərə sahib olurlar. Tələbələr təcrübə rəhbərlərinin rəhbərliyi altında universitetdə əldə etdiklərini praktikada tətbiq edir, meydana çıxan çətinlikləri müzakirə etməklə öz praktik bacarıq və vərdişlərini zənginləşdirirlər. Tələbələr praktikanın yüksək səviyyədə təşkilindən məmnun olduqlarını həvəslə qeyd edirlər.