Tələbələr tədris təcrübəsini uğurla yerinə yetiriblər
2 İyun 2023 14:30
Mediasiya Şurası ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində 1iyun 2023-cü il tarixdə Mediasiya Şurasında tədris təcrübəsi keçmiş Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələrinə sertifikatlar təqdim olundu.
Tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı Dövlət Universiteti Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Elm və Təhsil Nazirliyi, Sabah qrupları layihəsinin İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Belə ki, Bakı Dövlət Universitetinin Sabah qrupları layihəsinin, “Hüquqşünaslıq” ixtisasının ,eləcə də Sosial elmlər və psixologiya fakültəsi “Sosial iş” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Mediasiya Şurasında tədris təcrübəsi keçmiş, aidiyyəti sahələr üzrə lazımi praktiki biliklərə yiyələnmişlər.
Tədbir zamanı vurğulanıb ki, Mediasiya Şurası daim tələbələrlə əməkdaşlıq edəcək və onların hər il təcrübə proqramlarında iştirakı təmin olunacaqdır. Sertifikatlar təqdim olunan tələbələrə təşəkkür elan edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb və xatirə şəkli çəkilib.
Son XƏBƏRLƏR
15.01.2025 | 16:19
PEDAQOGİKA KAFEDRASININ PROFESSORU BEYNƏLXAQ KONFRANSDA ÇIXIŞ EDİB
24.12.2024 | 17:08
“ƏBƏDİYAŞAR İRS VƏ MİLLİ DƏYƏRLƏR” ADLI TƏDBİR KEÇİRİLİB
24.12.2024 | 17:06