TƏLƏBƏLƏRİN TƏDRİS TƏCRÜBƏSİ DAVAM EDİR
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbələrinin tədris təcrübəsi davam edir. Psixologiya ixtisası üzrə təhsil alan 1688 saylı qrupun tələbələri “Narınc” Psixologiya Mərkəzində Tədris təcrübəsi keçiblər. Tədris təcrübəsi Psixologiya kafedrasının müəllimi Elşən Sadıqovun rəhbərliyi ilə həyata keririlib.
“Narınc” Psixologiya Mərkəzinin əməkdaşları tələbələrə praktikanın təşkili barədə məlumat veriblər. Tədris təcrübəsi müddətində tələbələr mərkəzdə autizm, hiperaktivlik və diqqət əksikliyi, serebral-iflic, PNİL, davranış pozuntusundan əziyyət çəkən uşaqlarla iş prinsipi ilə tanış olublar, həmçinin onlar üçün təşkil edilən təlimlərə qatılıblar. Təcrübəçi tələbələrə mərkəzdə fəaliyyət göstərən loqopedlərin seanslarında iştirak edib, duyğu bütünləmə, refleksoloji-reabilitasiya prosesini müşahidə ediblər. Yəni təcrübə prosesində tələbələr nəzəri biliklərin tətbiqi və eləcə də, peşə kompetensiyalarını zənginləşdirilməsi istiqamətində xeyli təcrübə qazanmışlar. Tələbələrin özləri də bunula bağlı müsbət fikirdədirlər.