TƏLƏBƏLƏRİN TƏDRİS TƏCRÜBƏSİNƏ START VERİLİB

17 fevral 2025-ci ildən etibarən Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsində müxtəlif ixtisaslar üzrə təhsil alan buraxılış kurs tələbələrinin tədris təcrübəsinə start verilib. Qeyd edək ki, əyani formada təhsil alanların tədris təcrübəsi may ayının 26-dək davam edəcək. Qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələr isə mart ayının sonuna qədər tədris təcrübəsində olacaqlar. Hər il olduğu kimi bu il də fakültədə təhsil alan son kurs tələbələri tədris təcrübələrini Universitetdən kənar təşkilat və idarələrdə (profilinə uyğun) həyata keçirirlər.
Bu il Psixologiya ixtisası üzrə qiyabi təhsil alan tələbələrin (qrup PQ-05) tədris təcrübəsinə kafedranın dosenti Elşən Sadıqov rəhbərlik edir. Qeyd edək ki, qiyabi təhsil alan tələbələr Qüsursuz Nitq Psixologiya Mərkəzində tədris təcrübəsini həyata keçirirlər. Psixologiya ixtisası üzrə əyani təhsil alan 1698 qrupunun tələbələri öz tədris təcrübələrinə Narınc Psixologiya Mərkəzində başlayıblar. Həmin qrupa Psixologiya kafedrasının baş laborantı Xatirə Musayeva rəhbərlik edir.