TƏLƏBƏMİZ GÜNÜN KÖNÜLLÜSÜ SEÇİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial İş ixtisası üzrə III kurs tələbəsi Rəna Nəcəfzadə COP-29 könüllüsüdür. Hazırda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə birbaşa əməkdaşlıq edən tələbəmiz bu mötəbər tədbirdə akkreditasiya prosesinə nəzarət edərək, iştirakçıların qeydiyyatını həyata keçirir və akkreditasiya kartlarının təqdim olunmasını təmin edir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə birbaşa iş təcrübəsinə malik olması Rəna Nəcəfzadəyə COP-29 kimi beynəlxalq səviyyəli tədbirdə yüksək məsuliyyət və diqqət tələb edən bir işdə fəaliyyət fürsəti verib.
COP-29 tədbirində yüksək dəqiqlik və fədakarlıq nümayiş etdirdiyinə görə, R.Nəcəfzadə Almaniyadan olan UNFCCC nəzarətçisi tərəfindən zəhməti yüksək dəyərləndirilərək “Günün Könüllüsü” seçilib. Peşəkar biliklərini genişləndirməklə yanaşı, beynəlxalq iqlim tədbirinin bir hissəsi olmaqdan qürur duyan R. Nəcəfzadə bu fəaliyyətin onda özünə inam yaratdığını və komanda ilə işləmə bacarığını daha da gücləndirdiyni bildirib. Tələbəmizə daha böyük uğurlar arzulayırıq!