TƏLƏBƏMİZ “İLİN ASAN KÖNÜLLÜSÜ” SEÇİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Fidan Cəlilova ASAN Könüllülük Proqramı çərçivəsində 2024-cü il ərzində keçirilən sosial layihələrdə fəal iştirakına və könüllülük fəaliyyətinə verdiyi töhfələrə görə “İlin Asan Könüllüsü” seçilib. Mükafat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilib. Fidan Cəlilova aldığı mükafatı təkcə özünün deyil, onunla eyni amalı paylaşan bütün könüllü yoldaşlarının uğuru hesab edir. O, əldə etdiyi uğurların yalnız fərdi xarakter daşımadığını, onun kollektiv mahiyyət kəsb etdiyini bildirib. Fidan Cəlilovanın fikrincə, “İlin ASAN Könüllüsü” adına layiq görülmək onda daha çox insana dəstək olmağa, fərqli layihələrdə iştirak etməyə və aktiv olmağa təşviq edəcək.
Tələbəmizi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!