TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA DAİR TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı fəallarının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bir millət, iki dövlət, bir yumruq" adlı layihəsi baş tutub. Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib, hər iki dövlətin azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial Elmər və Psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı sədri Samir Quliyev çıxış edərək Azərbaycan-Türkiyə dövlətləri arasındakı sarsılmaz dostluq əlaqələrindən danışıb, sevincli və kədərli günlərdə hər iki xalqın daim bir-birinin yanında olduğunu söyləyib. Tədbirdə Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən videoçarxlar nümayiş olunub, ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün həyat və siyasi fəaliyyətini əks etdirən slaydlar təqdim edilib.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası II kurs tələbələri - Berfin Töre Çiftçi "Cümhuriyyət" şeirini, Azra Çiftçi, Hande Nur Özer "İzmir marşı"nı ifa ediblər. Fakültənin Korreksiyaedici təlim ixtisasının II kurs tələbəsi Aida Qarayeva Ulu Öndər Heydər Əliyevin çox sevdiyi "Küçələrə su səpmişəm" mahnısını ifa edib.
Bütün çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla və yüksək əhval-ruhiyyə ilə qarşılandı və tədbir bu əhval-ruhiyyə ilə də başa çatdı.