Ulu Öndər - Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Ulu Öndər - Heydər Əliyevin Anım Günü"nə həsr olunmuş tədbir keçirilib. İlk öncə Tələbə Həmkarlar İttifaqı Komitəsinin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Rza Bağırov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra fakültə üzrə dekan müavini İranə Məmmədliyə söz verilib və Heydər Əliyevin dövlət xadimi, uzaqgörən, dünyamiqyaslı siyasətçi kimi xüsusi rolunun danılmaz olduğunu və Heydər Əliyev siyasi kursunun bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması,möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykəndiyini vurğulayıb. Tədbirdə 2-ci kurs tələbəsi Rəcəbzadə Leyla və 1-ci kurs tələbəsi Musayeva Günel çıxış ediblər. Tədbirin gedişatında dünyamiqyaslı bir dahinin fəaliyyəti, onun misilsiz xidmətindən, Azərbaycan xalqına qarşı olan sevgisindən bəhs edilib.