URAL İNSTİTUTUNUN NÜMAYƏNDƏSİ FAKÜLTƏDƏ QONAQ OLUB
Sosial elmlər və psixologiya fakültəsində, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin nümayəndələri ilə Ural Federal Universitetinin birgə elmi tədqiqatlar, elmi tədbirlərin təşkili və ixtisasartırma proqramları çərçivəsində Bakı Dövlət Universiteti ilə əməkdaşlığı inkişaf etdirmək məqsədilə görüş keçirilmişdir. Hesab edirik ki, bununla da UrFU-nun Azərbaycanşünaslıq Mərkəzi ilə BDU-nun Rusiya Mərkəzi arasında əməkdaşlıq daha da genişlənəcək. Görüşdə psixologiya elmləri namizədi, Pedaqogika və təhsil psixologiyası kafedrasının dosenti, Psixologiya kafedrasının yenidənhazırlanma, ixtisasartırma və əlavə təhsil mərkəzinin direktoru Müslümov Rüstəm Rafikoviç maraqlı bir mövzu ilə (Koqnitiv-davranış terapiyası) müəllim və tələbələr qarşısında çıxış etdi.
UrFU-nun Ural Humanitar İnstitutunun Elm və innovativ işin təşkili şöbəsinin müdiri Zapariy Yuliya Vladimirovna tarix sahəsində aparılan tədqiqatlarla görüş iştirakçılarını tanış etdi. Pedaqogika və təhsil psixologiyası kafedrasının müdiri, psixologiya fakültəsinin dekanı, dosent Peçerkina Anna Aleksandrovna, psixologiyanın elmi-nəzəri və tətbiqi məsələlərinin (inklüzivlik psixologiyası sahəsində tədqiqatlar, xüsusən də sensor-münbit təhsil mühitinin yaradılması məsələləri, peşəkar inkişaf psixologiyası sahəsində tədqiqatların aparılması (müəllimin aktiv peşə uzunömürlülüyü, müəllim peşəsini itirmə böhranları, stress psixologiyası və davranışın öhdəsindən gəlmək məsələsi) haqqında auditoriyanı məlumatlandırdı. O həmçinin də koqnitiv psixologiya və idrak proseslərinin psixofiziologiyası sahəsində tədqiqatlar, müxtəlif yaş dövrlərində və müxtəlif peşə qruplarına münasibətdə psixoloji və subyektiv rifah və bu istiqamətdə meydana çıxan məsələlərin həlli yollarını auditoriya ilə müzakirə etdi. Nümayəndə heyətinin rəhbəri, UrFU-nun beynəlxalq tərəfdaşlıq və kommunikasiyaların inkişafı şöbəsinin müdiri Saburova Evgeniya Sergeyevna görüşün işgüzar və səmimi şəraitdə keçdiyinə görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirdi, fakültə əməkdaşlarına elmi yaradıcılıq fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzuladı.