Növbəti ustad dərsi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının dəvətilə sosial iş ixtisasında təhsil alan tələbələr üçün ustad dərsi keçib.Övladlığagötürmə, onun mahiyyəti, hüquqi əsasları, mexanizmləri, bu prosesdə sosial işçinin rolu, missiyası ilə bağlı tələbələrə praktik biliklər verilib. Övladlığagötürülmə ilə bağlı dünya təcrübəsi, Azərbaycanda bu istiqamətdə görülən diqqətçəkən işlərdən ətraflı bəhs edilib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Dərs zamanı sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi sözügedən qurumla əməkdaşlıq etmələri məqsədəuyğun sayılıb.