“VALİDEYN-ÖVLAD MÜNASİBƏTLƏRİ” ADLI TƏDBİR OLUB
Sosial elmlər və psixologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "PsixoDəstək" klubunda "Valideyn-övlad münasibətləri" mövzusunda növbəti diskussiya keçirilib. Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbəsi, PsixoDəstək klubunun sədri Nuranə Fətullayeva diskussiya zamanı valideyn-övlad münasibətləri, uşaqlıqda yaşanan psixi travmalar və onların gələcək həyata təsiri məsələləri, valideyn-övlad problemləri və onların həlli yollarından danışıb. Tədbirdə müxtəlif fakültələrdən və ixtisaslardan olan tələbələr iştirak edib. Diskussiya zamanı həmin tələbələrlə sorğular keçirilib. Şərqşünaslıq fakültəsindən Xədicə Şiriyeva, Aydan İmamverdiyeva, Ekologiya və torpaqşünaslıq fakültəsindən Ayan Yusifli, Sosial elmlər və psixologiya fakültəsindən Dinarə Məmmədova, Jalə Bağırzadə, Aygün Eyvazova, Xanım Məmmədova, Günel Abbasova diskussiyada fəal iştirak ediblər. Diskussiya iştirakçıları “Valideyn-övlad” münasibətlərinə dair qızğın fikir mübadiləsi aparıb, problemin həlli yolları barədə öz təkliflərini bildiriblər. PsixoDəstək klubunun təşkil etdiyi tədbiri yüksək qiymətləndirən tələbələr bu cür diskussiyaların davamlı olmasını arzu ediblər. Klub sədri iştirakçılarla "Siz necə bir ailədə yaşayırsınız?" və "Xarakter" adlı iki psixoloji test keçirib. N. Fətullayeva diskussiya zamanı iştirakçılar üçün kiçik kağızlarda hazırladığı motivasiya sözlərini təqdim edib və bu cür testlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.