“YAŞADIQCA AZƏRBAYCAN SƏN HƏMİŞƏ OLACAQSAN!”
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının üzvlərinin təşəbbüsü və iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Yaşadıqca Azərbaycan sən həmişə olacaqsan!" adlı tədbir keçirilib. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov tədbiri giriş sözü ilə açıq elan edərək Ulu öndərin həyat yolu, siyasi fəaliyyəti, elm-təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra söz tələbə gənclərə verilib. Səmanə İsmayılova, Məsuməxanım Məmmədzadə, Kənan Neymətzadə, Aytac Orucova, Nuranə Bayramova, Zəhra Qədərzadə, Gülarə Bayramova, Aytac Nəsirli, Fatma Abakarova və başqaları Ulu öndər Heydər Əliyevin hamar olmayan, çarpışmalarla dolu çətin həyat yolundan söz açıb, müstəqil Azərbaycanın yaradıcısı olan bu dahi şəxsiyyətin xalqımızın qəlbində əbədi sevgi taxtı qurduğunu söyləyiblər. Tədbir tələbələrin hazırladıqları maraqlı musiqi nömrələri ilə davam edib.