YOXSULLUĞUN AZALDILMASINDA BEYNƏLXALQ TƏŞKİLATLARIN ROLU

21 aprel 2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosial iş kafedrasının baş müəllimi Eliza İsmayılova Bakı Biznes Universitetində "Yoxsulluğun azaldılmasında beynəlxalq təşkilatların rolu" mövzusunda ustad dərsi keçib.
Eliza İsmayılova Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə yoxsulluğun qlobal sosial-iqtisadi problem olduğunu bildirib və onun dünya ölkələrinin iqtisadi inkişafı ilə birbaşa əlaqəsindən danışıb. O, qeyd edib ki, dünyada gəlirlərin və resursların bölgüsündə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması, yoxsulluğun ləğvi istiqamətində dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən islahatlar aparılır. Məruzəçi tələbələrə ölkəmzdə aparılan sosial islahatlar və yaradılan sosial dəstək mərkəzləri vasitəsilə əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial dəstək almaq məmuniyyətlərinə dair yeni sosial modellərin tətbiqi ilə bağlı geniş informasiya verib. Ustad dərsi interaktiv formada davam edib və tələbələri maraqlandıran suallara cavab verilib.