Zəfər tarixli müstəqillik günü
Sosial elmlər və psixologiya fakültəsinin THİK təşkilatçılıığı ilə "Zəfər tarixli Müstəqillik Günü" adlı tədbiri keçirilib. Tədbirin aparıcıları İbrahimxəlil Məmmədov və Quliyeva Şərqiyyə tərəfindən açıq elan edilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Professor Hikmət Əlizadəyə söz verilib. O, Azərbaycanın müstəqillik tarixinə nəzər salaraq onun keşməkeşli tarixindən danışıb. Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, dekan müavinlərimiz Daxil Vəliyev və İranə Məmmədli də tarixin hər bir səhifəsini ekspedisiya edərək fikirlərini bildiriblər. Tədbirin əsas simalarından olan əziz tələbələrimiz, həmkarlarımız layiqincə iştirak ediblər. Onlar arasında isə 1-ci kurs Sosial iş ixtisası üzrə Günel Musayeva da fərqlənib. Sonda THİK SEP üzrə sədri Rza Bağırov da düşüncələrini bölüşüb və dərin təşəkkülərini bildirib.
Heç bir dövlətin müstəqilliyə gedən yolu hamar olmayıb. Müstəqillik əldə edilməsi asan olmayan olduqca qiymətli bir nemətdir. Bu yol gərgin mübarizə, çoxsaylı qurbanlar tələb edir.
Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyib: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.